Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan, onun tərəqqisi və inkişafı naminə yorulmadan mübarizə aparır
Bildiyiniz kimi bu ilin aprel ayında doğma Azərbaycanımızda növbəti prezident seçkiləri keçiriləcək. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar kimi biz də bu seçkilərdə fəallıq göstərməli, layiqli namizədə səs verməliyik.
Müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq miqyasda tanınmışdır. 1990-cı illərin əvvəllərində müstəqilliyimiz sual altında qalanda, ölkəmiz parçalanmanın, vətəndaş müharibəsinin astanasında olanda doğma Azərbaycanımızı məhz ulu öndərin qətiyyətli rəhbərlik səriştəsi xilas etdi. Bu, çox da uzun olmayan bir tarixdir və çoxlarımızın yadındadır ki, bir qrup siyasətbazlar özlərini guya xalqın təəssübkeşi kimi göstərmək istəyirdilər. Lakin onlar arasında kök salmış anarxiya, hərc-mərclik, çaşqınlıq açıq-aydın özünü büruzə verdi və nəticədə vətəndaş müharibəsinə real zəmin yarandı. Məhz bu zaman ümummilli lider Heydər Əliyev güclü iradəli siyasi rəhbər kimi xalqı səfərbər edərək milləti xaos və çaşqınlıqdan xilas etdi. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan, onun tərəqqisi və inkişafı naminə yorulmadan mübarizə aparır. Elə həmin bu uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə öz müsbət imicini nəinki qoruyub saxlamış, həm də onu daha da inkişaf etdirmişdir.
Bu gün inamla və qətiyyətlə bildiririk ki, müstəqil Azərbaycan Respublikasının bundan sonrakı inkişafı da məhz cənab İlham Əliyevlə bağlıdır. Biz yola saldığımız bu bir neçə ildə belə bir qətiyyətə yiyələnmişik. Biz növbəti illərdə də Prezident kürsüsündə məhz cənab İlham Əliyevi görürük. O, Azərbaycan dövlətinin və xalqının möhkəmliyinin, inkişafının, sabahının qarantıdır. Bəzi mühüm məsələlərin, ən başlıcası isə Qarabağ problemininin həlli məhz möhtərəm Prezident İlham Əliyevin əzmi ilə öz həllini tapacaqdır. Biz buna inanırıq.
Biz hamılıqla sizi növbəti prezident seçkilərində də Azərbaycan xalqının sevimli oğlu, əməli ilə, özünün dediyi kimi, yer üzündə yaşayan bütün azərbaycanlıların prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırırıq. Hamınıza uğurlar arzulayırıq!
Vüqar Əliyev
Qaradağ Rayon Müşviqabad Qəsəbə Bələdiyyəsinin sədr