İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
"Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.