Şağan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən alpaqut döyüş sənəti üzrə 5-ci Azərbaycan çempionatında astaralı idmançı Ağadədə Əliyev 85 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, üç gün davam edən ölkə çempionatında fəxri yerə sahib olan astaralı idmançıya Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib.
Qeyd edək ki, Ağadədə Əliyev hazırda Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Astara rayon filialının sədri vəzifəsində çalışır.