Qaxda iki nəfəri sahibsiz it dişləyib.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə rayonun Lələpaşa kənd sakini 2010-cu il təvəllüdlü Darcınov Qurban Mahir oğlu və rayonun İlisu kənd sakini, 1958-ci il təvəllüdlü Əfəndiyeva Fətmət Musa qızı Qax rayon Mərkəzi Xəstəxanasına it dişləməsi diaqnozu ilə daxil olublar.
Xəstəxanada hər iki şəxsə yardım göstərilib, quduzluğa qarşı peyvənd olunduqdan sonra ambulator müayinə üçün evə buraxılıblar.