Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlı və heyvan sürüsü (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.