Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddə 51 nəfəri qətlə yetirən Brenton Tarrant ömürlük həbs cəzasına məhkum edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kraystçörç Ali Məhkəməsində keçirilən məhkəmə iclasında hökmü oxuyan hakim Kamerun Mender, terrorçu Tarrantın 51 qətl, 40 cəhd və 1 terror cinayətində ittiham olunduğunu və ömürlük həbs cəzası aldığını açıqlayıb. Məhkəmədə öz müdafiəsini oxumayan terrorçu Tarrantın ifadəsi vəkili vasitəsilə oxunub. Çıxış zamanı Tarrantın ona qarşı irəli sürülən bütün ittihamları qəbul etdiyi bildirilib. Qeyd edək ki, terrorçu ilə bağlı verilən hökm Yeni Zelandiya tarixində indiyə qədər ən ağır cəza olub.