Rusiya vətəndaşlarının sual və problemlərinin canlı efirdə dinlənildiyi, ənənəvi formatda keçirilən “Vladimir Putinlə birbaşa əlaqə” layihəsi bu il baş tutmayacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TASS” a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu il hökm sürən şərtlər səbəbiylə Prezident artıq son bir neçə aydır birbaşa əlaqədə olur. Buna görə də təbii ki, bu il ənənəvi formatda birbaşa əlaqə layihəsini keçirmək artıq olar”,- deyə Peskov bildirib.
Bununla belə o, qeyd edib ki, layihənin elementlərinin Rusiya Prezidentinin 2020-ci ilin dekabrında keçiriləcək böyük mətbuat konfransına əlavə edilməsi planlaşdırılır.
“Buna görə, əlbəttə ki, Prezidentin fərqli bölgələrdən olan vətəndaşlardan rəy almasına imkan verəcək layihənin bəzi elementlərini Putinin dekabr ayında keçirəcəyi illik mətbuat konfransına əlavə etməyə çalışacağıq”,-deyə Peskov sözlərinə əlavə edib.