Rusiyada son sutka ərzində 15 min 99 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 milyon 399 min 334-a çatıb.
Son sutkada daha 185 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 24 min 187-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 milyon 70 min 576 nəfər sağalıb.