Pakistanın şimalında helikopterin qəzaya uğraması nəticəsində iki pilot və iki hərbçi həyatını itirib. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib. Onun məlumatına görə, helikopter bir əsgərin meyitini hospitala aparırmış. Qəzaya səbəb texniki nasazlıq olub.