Türkiyə Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi İŞİD terror qruplaşmasının silahlılarına qarşı əməliyyatlar həyata keçirib, 24 nəfər şübhəli nəzarətə alınıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada milliyyəti açıqlanmayan xarici bir vətəndaşı öldürməkdə təqsirləndirilən qrupun 10 üzvü nəzarətə alınıb. Eyni zamanda Türkiyənin cənub-şərqində yerləşən Samsun əyalətində İŞİD-lə əlaqədə şübhəli bilinərək daha 14 xarici vətəndaş həbs olunub. Onlardan 4-nün Suriya, 10-nun isə İraq vətəndaşı olduğu bildirilib.