Böyük Britaniyada koronavirusun daha bir ştammı aşkarlanıb. Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, VUİ-21MAY-01 adlı ştammına yoluxma faktına Yorkşir şəhərində rast gəlinib. Şeffildin səhiyyə idarəsinin rəhbəri Qreq Fellin sözlərinə görə, yeni mutasiyanın əvvəlkilərlə müqayisədə yoluxma sürəti hələlik bilinmir. Bundan başqa, peyvəndin də yeni ştamma qarşı təsirli olub-olmadığı məlum deyil. Fell bildirib ki, indiyədək yeni mutasiya 49 nəfərdə aşkarlanıb və o, insanları təşvişə düşməməyə çağırıb: “Xahiş edirəm, təşvişə düşməyin. Ötən il ərzində etdiyiniz qorunma tədbirlərini görməyinizi istəyirəm. Tövsiyələrə əməl edin, müntəzəm olaraq əllərinizi yumağa və maska taxmağa davam edin”.