ABŞ dövlət katibi Entoni Blinken Rusiya lideri Vladimir Putinin iki ölkə arasındakı əlaqələrin son illərin ən dib nöqtəsində olması barədə açıqlaması ilə həmfikir olduğunu bildirib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Blinken bu barədə “Fox News”a danışıb.
“Bu, bəlkə də, Prezident Putinlə eyni fikirdə olduğum tək şeydir”, - o əlavə edib.
Blinken CNN-ə açıqlamasında isə Baydenin Putinlə görüşündə iki ölkə arasındakı qarşılıqlı əlaqə imkanlarının nəzərdən keçiriləcəyini bildirib.