İsrail Prezidenti Reuven Rivlin iyunun 28-də ABŞ-a gedəcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki açıqlama yayıb.
O, Prezident Co Baydenin Rivlini Ağ Evdə qonaq edəcəyini qeyd edib:
“Rivlinin səfəri ABŞ-la İsrail arasındakı əməkdaşlığa və hökumətlərlə xalqlar arasındakı dərin bağları möhkəmləndirəcək, bölgənin qarşı-qarşıya olduğu bir çox çətinliyi ələ almaq üçün də bir fürsət olacaq”.