Afrika ölkələrində koronavirusa yoluxanların sayı 5 776 300-ə çatıb, 14 703 nəfər dünyasını dəyişib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi bildirib.
Məlumata görə, sözügedən ölkələrdə 4,9 milyondan çox insan koronavirusdan sağalıb.
Yoluxma və ölüm hallarının çoxu CAR-ın payına düşür – 2 112 336 və 60 039. Misirdə 16 332 ölüm, 282 582 yoluxma qeydə alınıb. Mərakeşdə 9 341 nəfər COVID-19-un qurbanı olub.