Rusiyada bir sutkada 25 082 yeni yoluxma halı aşkarlanıb, 17 750 nəfər virusdan sağalıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son 24 saat ərzində ölkədə 752 nəfər koronavirusdan dünyasını dəyişib. Bu, rekord göstərici hesab olunur. Qeyd edək ki, Rusiyada COVID-19-dan rekord ölüm sonuncu dəfə ötən ayın sonları qeydə alınmışdı.
Pandemiya dövründə Rusiyada koronavirus infeksiyasına ümumi 5 milyon 758 min 300 yoluxma faktı qeydə alınıb. Bu dövr ərzində 142 253 nəfər virusdan vəfat edib, 182 min 837 nəfər isə sağalıb.