ABŞ-da koronavirusun “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.
Bu barədə ölkə mediası ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərin məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, COVID-in ən son variantına Kaliforniya ştatında rast gəlinib
Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden “tez və ya gec” koronavirusun bu ştamının ölkədə tapılacağına əmin olduğunu bildirib.
Mənbə:Oxu.Az