Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin sakini yarı yolda qalaraq mənfi 40 dərəcə temperaturda üç gün meşədə sağ qalmaq uğrunda mübarizə aparıb.
Qeyd olunur ki, idarə etdiyi qar arabası ziyarətə getdiyi qohumlarının yanından evinə qayıdan kişinin yarı yolda qoyub və o, meşəlik ərazidə köməksiz vəziyyətdə qalıb.
Mobil telefonun da şarjı bitdiyindən o, yarı yolda qaldığı barədə yaxınlarına və aidiyyəti qurumlara məlumat verə bilməyib.
Xilasedicilər bir neçə gün ərzində onu axtarsalar da, axtarışlar nəticəsiz qalıb.
Yalnız üçüncü günün tamamında kişini tapmaq mümkün olub.
O, çayın yatağına sığındığını və üzərində olan maral dərisindən hazırlanmış paltarların nəticəsində sağ qaldığını bildirib.
Həkimlərin nəzarətində olan kişinin səhhətində problemlər aşkar edilməyib.
Mənbə:Oxu.Az