Tanınmış israilli siyasətçi, hazırda İsrailin maliyyə naziri vəzifəsində çalışan Aviqdor Liberman koronavirusa yoluxub.
“Şənbə günü mənə koronavirus diaqnozu qoyuldu. Özümü yaxşı hiss edirəm və yaxın bir neçə günü Nokdimdəki evimdə təcrid olunmuş vəziyyətdə keçirəcəyəm”, - deyə A. Liberman özünün “Twitter” səhifəsində yazıb.
63 yaşlı A.Liberman sağalanadək distant rejimdə işləməyə davam edəcəyini qeyd edib.
Mənbə: Oxu.Az