“Yad Vaşem” Holokost qurbanlarının xatirə muzeyi rusiyalı iş adamı Roman Abramoviçlə əməkdaşlığı dayandırıb.
“Son hadisələr fonunda “Yad Vaşem” Roman Abramoviçlə strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib”, - deyə memorial mərkəzin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti cümə axşamı Abramoviç də daxil olmaqla, yeddi rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib. Onların Böyük Britaniyaya girişi qadağan olunacaq və ölkədəki aktivləri dondurulacaq.
Mənbə:Oxu.Az