“Qərb ölkələri Ukraynaya hərbi yardımı artırır və mütəmadi olaraq ağır texnika göndərilməsinə keçirlər”. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas danışıb. “Düşünürəm ki, hərbi dəstək artırıla bilər, çünki Çexiyanın göndərdiyi tanklarla bağlı məlumatlar son gündə ortaya çıxdı. Ukrayna ordusunun istifadə etdiyi tanklardan hələ də Çexiya ordusu istifadə edirdi. Sovet istehsalı olan, lakin modernləşdirilmiş tanklar idi”, - deyə müdafiə naziri bildirib. Mənbə: Oxu.Az