Aktyor Şon Konneriyə məxsus “Aston Martin DB5” avqust ayında Kaliforniyada hərracda satılacaq. Ceyms Bondu canlandıran aktyor dörd il öncə 1964-cü ildə istehsal olunmuş avtomobili alıb. Bu aktyorun indiyə qədər sahib olduğu yeganə “Aston Martin” olub. Eyni model avtomobil 1964-cü ildə çəkilmiş “Goldfinger” filmində də istifadə olunub. Avtomobilin 1,4 milyon dollardan 1,8 milyon dollara qədər qiymətlərlə satılacağı gözlənilir. DB5-in oxşar nümunələri hazırda təxminən 1 milyon dollara başa gəlir. Mənbə: Oxu.Az