• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şahzadə Harri və Meqan ABŞ-yə köçməzdən əvvəl yaşadıqları bütün hadisələri lentə alıblar

Tarix : 9-12-2022, 08:45 Oxunub : 55 Bölmə :dunya / manset
Şahzadə Harri və Meqan ABŞ-yə köçməzdən əvvəl yaşadıqları bütün hadisələri lentə alıblar
2020-ci ildə ABŞ-yə köçməzdən əvvəl Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl başlarına gələn bütün hadisələri lentə almağa başlayıblar.
Bu barədə “Netflix” videoservisində yayımlanan “Harri və Meqan” sənədli filmində məlumat verilir.
Harrinin sözlərinə görə, o, Meqan və oğlu Arçinin təhlükəsizliyindən ciddi şəkildə narahat olub.
“Bir dostum bizə o zaman başımıza gələn hər şeyi sənədləşdirməyi məsləhət gördü. Həmin vaxt, xüsusən də bizim getməyimizlə bağlı o qədər yanlış məlumatlar var idi ki, bu, olduqca ağlabatan bir fikir kimi görünürdü”, - deyə şahzadə bəyan edib.
Harri fürsətdən istifadə edərək kral ailəsi ilə Britaniya mətbuatı arasında korrupsiya və gizli əlaqələri ifşa etmək niyyətindədir.
“Biz bütün həqiqəti bilirik. Monarxiya bütün həqiqəti bilir. Mətbuat bütün həqiqəti bilir, çünki onlar bu işdə iştirak edirlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “Harri və Meqan” sənədli serialının ilk epizodları dekabrın 8-də “Netflix”də nümayiş olunub. Onlar şahzadə Harri və Meqan Marklın tanışlığından, Meqanın nişandan sonra kral ailəsi və mətbuatla münasibətindən, həmçinin şahzadə Harri və Marklın uşaqlıq və gənclik illərindən bəhs edirlər. Serialda heç vaxt görülməmiş video və fotoşəkillər yer alır. Serialın ikinci hissəsinin bir həftə sonra nümayiş olunacağı gözlənilir.
Serialın yaradıcısı iki dəfə “Oskar” mükafatına namizəd olmuş amerikalı sənədli film rejissoru Liz Qarbusdur. Məlumata görə, Harri və Meqan çəkilişdə iştiraka görə 100 milyon dollara qədər qonorar ala bilərlər.
Hələ premyeradan əvvəl Britaniya tabloidləri serialı qalmaqallı adlandırıb, Harri və Meqanın amerikalı teleaparıcı Opra Uinfriyə verdiyi məşhur müsahibə ilə müqayisə ediblər. Orada cütlük kral ailəsinin üzvlərindən birini irqçilikdə günahlandırıblar və Bukingem sarayının sarı mətbuatda Meqanın təqiblərinə cavab verməkdən imtina etməsindən şikayətləniblər.
Mənbə: Oxu.Az
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Şahzadə Harri və Meqan Markl Nigeriyadakı uşaqlara yardım ediblər

    Şahzadə Harri və Meqan Markl Nigeriyadakı ...

    27-10-2022, 08:31

  • Şahzadə Harri Böyük Britaniya hökumətini məhkəməyə verir

    Şahzadə Harri Böyük Britaniya hökumətini ...

    17-01-2022, 08:42

  • Şahzadə Harri və Meqan Markl Nyu-Yorkda hoteldə dava etdilər

    Şahzadə Harri və Meqan Markl Nyu-Yorkda hoteldə ...

    8-10-2021, 09:01

  • Şahzadə Harri və Meqan Markldan diqqət çəkən qərar

    Şahzadə Harri və Meqan Markldan diqqət çəkən qərar ...

    9-01-2020, 08:43

  • Qonşuları şahzadə Harri və Meqan Markl ilə danışa bilməyəcəklər

    Qonşuları şahzadə Harri və Meqan Markl ilə danışa ...

    28-07-2019, 10:55



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi - FOTO/VIDEO

  • Misir prezidenti İlham Əliyevə zəng vurub

    Misir prezidenti İlham Əliyevə zəng vurub

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı

  • İsmayıllıda 67 yaşlı qadın intihar edib

    İsmayıllıda 67 yaşlı qadın intihar edib

  • Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

    Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

  • Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

    Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

  • Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

    Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

  • İsmayıllıda zəlzələ olub

    İsmayıllıda zəlzələ olub

  • Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

    Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

  • Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

    Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

  • Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

    Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

  • Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

  • QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

    QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

  • Oman səhrası gölə döndü

    Oman səhrası gölə döndü

  • Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

    Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

  • Tacikistanda yenidən zəlzələ baş verib

    Tacikistanda yenidən zəlzələ baş verib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!