ABŞ-ın Viskonsin-Miluoki Universitetinin mütəxəssisi qadınlarda süd vəzisi xərçənginə səbəb olan 48 geni müəyyən ediblər.
ulusestv.az “MedicalXpress”ə istinadla xəbər verir ki, az hallarda onkoloji xəstəliklər səbəbindən qadınlarda süd vəzisi xərçəngi yaranır, onunla bağlı əsas genlər isə hələ də məlum deyil.
Ancaq yeni araşdırmalarda 14 yeni onkoloji gen aşkar edilib, 34 genin süd vəzisi xərçəngi ilə əlaqəsi təsdiqlənib.
Alimlər bunu araşdırmaq üçün 229 min avropalı üzərində yoxlamalar aparıblar.
Bundan başqa, xərçəng şişlərinin böyüməsinə yardımçı olacaq genlər də müəyyən edilib.