Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Rusiyadan C-400 zenit-raket qurğularını almaq üçün heç kimdən icazə istəmək fikrində deyil.
ulusestv.az-ın “Milliyet”ə istinadla verdiyi xəbərə görə, Türkiyə lideri qeyd edib ki, ölkə iqtisadiyyatda, xüsusən də müdafiə sənayesi sahəsində müstəqilliyə can atır.
“Biz Rusiya ilə C-400 qurğularına dair saziş imzalamışıq. Bəziləri bundan narahatdır. Bağışlayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik”, - Ərdoğan deyib.