Ermənistanda “Daşnaksutyun” partiyası hökumətdə təmsil olunan nazirlərini geri çağırıb.
ulusestv.az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi yaranmış siyasi vəziyyət və yeni bölgü xətləri göstərilir.
Bildirilir ki, Ermənistan hökumətində “Daşnaksutyun” iki nazir portfelinə malikdir.
Qeyd edək ki, bu gün axşam Yerevanda etirazçılar Ermənistan parlamentinin binasını mühasirəyə alıblar. Aksiya iştirakçıları parlamentin reqlamentinə qanunvericilik orqanının buraxılmasını əngəlləyən dəyişikliklərə etiraz edirlər. Aksiyaya Ermənistan baş naziri Nikol Paşinyan da qoşulub.