Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.
ulusestv.az “Interfax” agentliyinə istinadla xəbər verir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə görüşəcək.
Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.