İtaliyanın Genuya şəhəri yaxınlığındakı Koqoleto əyalətində meşədə güclü yanğın olub.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisənin baş verdiyi ərazidə onlarla insan evlərindən təxliyə edilib və məktəblər bağlanıb.
Bildirilir ki, ərazidə meydana gələn güclü yanğınlar nəticəsində Savona əyalətinin Varaççe bölgəsi ilə Genuya şəhərinin Arençano əyalətləri arasındakı avtomagistral bağlanıb. Yanğınsöndürənlər alovla mübarizə aparmaq üçün helikopterlər və təyyarələrdən istifadə ediblər.