May ayının 1-də Yunanıstanda nəqliyyat sektorunda kütləvi tətil baş tutacaq.
ulusestv.az AZERTAC-a istinadən xəbər verir ki, paytaxtda etiraz aksiyaları və yürüşlər keçiriləcək. Şəhər daxili qatarlar, trolleybuslar və avtobusların hərəkəti dayandırılacaq. Aksiyaçıların əsas tələbləri iş keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyatda təhlükəsizliyin təmin olunmasıdır.