İtaliyada mayın 1-də Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü ilə əlaqədar olaraq təxminən 8,1 milyon italiyalı səyahətə yollanıb. Bu rəqəm ötən illə müqayisədə 7,4 faiz çox olub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Otel və Turizm Assosiasiyaları Federasiyası məlumat yayıb.
Məlumata görə, səyahətə gedənlərdən 6 milyonu (65,9 faizi) bayramlarla əlaqədar diqqətlərini uzun tətil günlərinə yönəltdikləri halda, Pasxa bayramından sonra artıq 1,6 milyon (17,6 faiz) və aprelin 25-də İtaliyanın qurtuluş günündən sonra 500 min (5,5 faiz italyan) italyan məzuniyyətə yollanıb.
Qeyd edilib ki, səyahət edənlərin təxminən 91,4 faizi İtaliyaya, 8,3 faizi isə xarici ölkələrə üstünlük verib.