Yaxın Şərqdə yayıla biləcək nüvə silahı bəşəriyyət üçün ən böyük təhlükədir.
Gazeta.ru xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Ceremi Xant deyib.
Onun sözlərinə görə, Yaxın Şərq dünyanın ən qeyri-stabil regionudur:
“Qarşı duran tərəflərin nüvə silahına malik olması bəşəriyyət üçün böyük təhlükəyə çevrilə bilər”.
C. Xant İranın nüvə proqramına dair Almaniya və Fransa ilə məsləhətləşmələr apardıqlarını bildirib.