• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Trampla Zelenskinin telefon danışığı ətrafında qalmaqal böyüdü – Xüsusi nümayəndə istefa verdi

Tarix : 28-09-2019, 11:01 Oxunub : 326 Bölmə :dunya / ust / manset
Trampla Zelenskinin telefon danışığı ətrafında qalmaqal böyüdü – Xüsusi nümayəndə istefa verdi






















ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker istefa verib.

Bu barədə CNN vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Onun adının ABŞ və Ukrayna liderləri (Donald Tramp və Vladimir Zelenski) arasındakı telefon danışığı ilə bağlı yazılı şikayətdə qeyd edilməsi istefasına səbəb olub.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasındakı demokratlar K.Valkeri həmin telefon danışığına görə oktyabrın 3-də dinləməyə çağırıblar.

Ehtimal edilir ki, Valker Trampın şəxsi vəkili Rudi Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib.

Culiani isə Co və Hanter Baydenlərin Ukraynadakı işləri ilə əlaqədar istintaq işinin başladılması üçün rəsmi Kiyevə təzyiq göstərməkdə şübhəli bilinir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri Nensi Pelosi Prezident Donald Trampa qarşı rəsmi impiçment araşdırmasına göstəriş verib.

N.Pelosi Trampı Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Konstitusiyanı pozmaqda ittiham edib.

Tramp barəsində rəsmi impiçment prosedurunun başladılması ilə nəticələnən bu qalmaqal Mərkəzi Kəşfiyyat İdarəsinin zabitinin Federal Təhqiqatlar Bürosuna şikayəti əsasında başlayıb.

Həmin kəşfiyyat zabiti Trampın telefon danışığını dinləyərkən onun Ukrayna Prezidentinə demokrat senator, keçmiş vitse-prezident Co Baydenin oğlunun “korrupsiya əlaqələrini” araşdırmaq üçün təzyiq göstərdiyini müəyyən edib.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Ağ Ev administrasiyası isə bundan sonra telefon danışığının stenoqramını açıqlayıb. Lakin stenoqramda Trampın Zelenskini təhdid etməsi ilə bağlı bir məqam yer almayıb.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Zelenskinin korteji ukraynalıların narazılığına səbəb oldu

    Zelenskinin korteji ukraynalıların narazılığına ...

    21-08-2019, 11:25

  • Ərdoğanla Ruhani arasında telefon danışığı olub

    Ərdoğanla Ruhani arasında telefon danışığı olub ...

    12-08-2019, 10:36

  • Zelenskinin maaşı açıqlandı

    Zelenskinin maaşı açıqlandı ...

    3-08-2019, 11:39

  • Vladimir Zelenskinin inauqurasiya mərasimi mayın 19-da keçirilə bilər

    Vladimir Zelenskinin inauqurasiya mərasimi mayın ...

    4-05-2019, 09:54

  • Ərdoğanın Trampla telefon söhbətinin detalları məlum oldu

    Ərdoğanın Trampla telefon söhbətinin detalları ...

    24-12-2018, 09:47



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!