ABŞ-ın sabiq prezidenti Barak Obama yeni malikanə alıb.
ulusestv.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, Massaçusets ştatında yerləşən malikanənin qiyməti 11 milyon dollardır.
Obamanın yeni malikanəsi Atlantik okeanı sahillərindəki Martas-Vinyard adasında yerləşir və sahəsi 650 kvadratmetrə yaxındır.
Qeyd olunur ki, sözügedən malikanə əvvəllər “Boston Seltiks” basketbol komandasının sahibi Uayklif Qrausbekə məxsus olub.