Kabildə Həzaraların (Əfqanıstan əhalisinin 9%-ni təşkil edən, farsdilli, türk-monqol əsilli xalq) sabiq lideri Əbdül Əli Məzarinin vəfatının ildönümü münasibətilə təşkil edilən anım mərasiminə silahlı hücum təşkil olunub. ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, mərasimdə keçmiş prezidentliyə namizəd Abdulla Abdulla daxil olmaqla bir sıra siyasi liderlərin də iştirak etdiyi məlum olub. Əfqanıstanın icra rəisi Abdulla Abdullanın hücumdan zərər çəkmədiyi bildirilir. Qeyd edək ki, hücumun təşkilində “Taliban” şübhəli bilinsə də, terror təşkilatı bu iddianı təkzib edib.