Ulusəs Oxu.Az-a istinadən verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək", - deyə məlumatda vurğulanıb.