Bir ildir onu itirmişik
Neçə bahar,yaz itirmişik
Əlvida da deməmişik
El üçün nur itirmişik
Bəli həyatda gərəkli insanlar hamı üçün yanan öz qayğılarını kənara qoyub digərlərinin çatışmazlıqlarını həll edən dostluqa sədaqəti ilə seçilən yaşadığı qısa ömür illərində ləyaqəti,iradəsi və ədaləti ilə tanınan,ziyası ilə nur saçan dostumuz Süleyman müəllim haqqında düçünməyi və onun haqqında fikirlərimizi digərləri ilə bölüşməyi mənəvi borc bilirik.
Süleyman müəllim sözün əsl mənasında gözəl insan qayğıkeş valideyn zəhməti ilə ucalan elmi cəhətdən yüksək biliyə malik,çağdaş dünyamızın nəbzini tutmağı bacaran,gənclərimizə həyat qanunlarını öyrədən ictimayyət içərisində böyük nüfüza malik bir şəxs idi.Təssüflər olsun ki,bu sözlər onun dünyasını dəyişdikdən sonra yazılır.Amansız ölüm sədaqətli dostumuzu aramızdan tez apardı.Görünür talehin qisməti belə imiş.Nümünə məktəbi olan Süleymanın həyat salnaməsini vərəqlədikdə o erkən vaxtı atasını itirmiş ana himayəsində böyümüşdür.Ata qayğısı görməyən balaca Süleyman uşaq yaşlarından əməyə qatlanıb ailənin dolanışığına sərf etdiyi əmək bu gündə bacı və qardaşlar tərəfindən yüksək qiymətləndirilir.Deyirlər ömür başdan-başdan başa qəmli nəğmədir.
Süleymanın həyatında 2011-ci ildə ömür gün yoldaşını itirdikdən sonra onun ağır,acılı günlərində sədaqətli dostlar həmişə onun yanında olmaqla,onu yaşamağa ruhlandırdı.O,üç oğul övladını anasız böyüdüb həyata hazırlamaq onun yeganə arzusu olmaqla onların toyunu görmək isti nəvə səsini duymaq idi.Bu arzuya da çata bilmədi.O ömrünün 58-ci baharında dostlarına birdəfəlik əlvida dedi.
Süleyman artıq bir ildir ki,aramızda yoxdur.Onun yoxluğu bütün dostlarının,yaxınlarının ən ağır məyusedici günlər kimi öz ömür səhifələrində xatirəyə çevrilmişdir.O,xoş xarici siması,yüksək intelekt danışıq səviyyəsi,insana xas olan bütün yüksək keyfiyyəti,dostluğa sədaqəti,vətənə bağlılığı,Azərbaycanı öz canı qədər istəyi,ağıllı məsləhətləri,Coğrafiya elminin və təhsilimizin gözəl bilicisi kimi xatırlanır,və daim qəlbimizdə yaşayır.
Ulu Tanrıdan Süleyman müəllimə rəhmət diləyirik.Məzarı nurlu olsun yaxınlarına dostlarına səbr diləyirik.
Soltanağa Cəfərov - A.J.B-nin üzvü
Sərdar Allahyarov - Veteran Müəllim.