Şirin-şəkər Loğman balanın sentyabrın 20-də 4 yaşı tamam olur. Bu gözəl gündə Loğman balanı valideynləri Məmmədrza və Nisə, onu canından da artıq sevən, ona ana qayğısı göstərən nənəsi Həvva xanım başda olmaqla bütün yaxınları, əzizləri təbrik edir, bu gözəl balaya xoş gələcək, sağlamlıq, mənalı və rəngarəng ömür arzulayırlar. Həyatın gözəlliklərlə dolu olsun. Valideynlərinə layiq övlad kimi böyüyüb onların başını hər zaman uca edəsən, noğul bala Loğman. Bacın Ləmana layiqli qardaş, Vətəninə, elinə-obana mərd, igid vətəndaş olasan. Saytımızın kollektivi adından da bu gözəl təbriklərə qoşularaq Loğman balaya can sağlığı, sevgi dolu illər arzulayırıq. Gül çöhrənnən gülüş, dodaqlarından təbəssüm heç bir zaman əskik olmasin. Ad günün mübarək.
Bizdə "UlusəsTV.az" redaksiyası olaraq Loğman balanın ad gününü təbrik edir, dövlətinə, xalqına, vətəninə, valideynlərinə layiqli övlad olmasını arzulayırıq.
"UlusesTv.az"