Katmanduda faciəvi təyyarə qəzası ekipaj üzvlərinin səhvi ucbatından baş verib.
Ulusəs Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Katmandu beynəlxalq aeroportunun rəhbəri bəyanat verib.
Katmandu beynəlxalq hava limanı yaxınlığında “US Bangla” şirkətinə aid 78 oturacaqlı “Bombardier Dash 8 Q400” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.