Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsində ordudan tərxis olunmuş bir qrup gənc döyüşçü ilə görüş keçirilib və onlara AVMVİB-in üzvlük vəsiqələri təqdim edilib.
Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
Gənclərə üzvlük vəsiqələrini təqdim edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov bildirib ki, gənc döyüşçülər — Kənan İbrahimov və Yusif Hümbətva üzvlük vəsiqələri təqdim edilib.
Xatırladaq ki, bu gün AVMVİB Nəsimi rayon şöbəsinin qərargahı yoxdur. Edilmiş müraciətlərə baxmayaraq bu problemin həllində indiyədək heç bir əməli iş görülməyib. Lakin bu sıxıntılara baxmayaraq Elmar Hüseynov gənc döyüşçülərin cəmiyyətə adaptasiya olunması və onların problemlərinin həllində yardımçı olmağa çalışır. Hələ də iki müharibə görmüş bəzi məmurlar döyüşçü təşkilatlarına münasibətlərini dəyişməyiblər.
Fərid Səfərov
AJB-nin üzvü