Bildiyimiz kimi hər millətin müqəddarat yolu məktəbdən başlanır Əgər şagirdin fəaliyyət növü təlimdirsə təlimin də bünvrəsi məktəbdə qoyulur. Məktəbdə isə əsas sima müəllimdir. Bu ada müqəddəs ülvi duyğularla səslənən şərəfli peşə sahiblərinə hər birimizin ehtiyacı olub olacaqdır. Müəllim-nəcib keyfiyyətlərə malik olmaqla. zamanın gediş-gəlişindən xəbəri olmayan .qayğısız uşaq aləmini formalaşdırıb.onun həyata hazırlanması .vətən üçün layiqli vətəndaş yetişdirmək kimi çətin və şərəfli peşə sahiblərinin əməyi həmişə yüksək qiymətləndirilir. Müəllim-elmi metodiki cəhətdən savadı yüksək olmaqla gənclərə zamanın tələblərinə cavab verə biləcək biliklə yanaşı haqq .ədalət. düzgünçülük tərbiyəsini aşılayan ikinci mənəvi valideyndir. Bu adı şərəflə daşıyan.rayon ictimaiyyəti arasında böyük nufuz sahibi.özünün yüksək elmi və metodiki biliyi ilə məktəbin elmi və təlimatı idarə olunmasında digərlərindən seçilən bir riazlyyatçı.təcrübəli məktəbşunas Hamil Qənbərov haqqında düşüncələrimi bölüşməyi özümə mənəvi borс bilirəm. Hamil müəllim Azərbaycanımızın dilbər güşələrindən biri olan Masallının Qarğalıq kəndində dünyaya göz açmışdır. O.hələ uşaq ikən özünün yüksək əxlaqi davranışı ilə seçilir.orta məktəb illərində nümunəvi şagird kimi həmişə öndə gedər.məktəb pedaqoji kollektivinin sevimlisinə çevrilmişdir. Hamilin arzusu müəllim olmaq .şagirdlərinə elmin sirlərinin öyrədilməsi yollarında bələdçilik etmək idi. Bu arzu onu ADPU-nin riyaziyyat fakultəsinə apardı Qəbul imtahanlarını yüksək səviyyvrdə verib unveristetə qəbul olundu Ali məktəbdə oxuduğu dövrdə onun riyaziyyat elminə olan həvəsi .professor və müəllim heyyətinin diqqətindən qaçmadı. Lakin onun arzusu öz kəndinə qayıtmaq təlim göstəricilərinə görə geri qalan.Qarğalıq kənd tam orta məktəbinə çəkib gətirdi Müəllim kimi fəaliyyətə başladı 1988-ci ildə direktor vəzifəsinə irəli çəkildi Məktəbdə təlimdə keyfiyyət məsələsi ön plana çəkildi. Məktəbin imici yüksəldi. Tədris ilində məktəbin məzunları respublikanın nufuzlu ali məktəblərinə daxil oldu. Valideynlə məktəb əlaqəsi möhkəmləndi Pedaqoji kollektivdə sağlam psixoloji mühit yarandı Hər bir şagirdə yüksək bilik vermək devizi bütün müəllimlərin iş üsuluna çevrildi. Fənnlərin tədrisində təlimin tərbiyəedici xüsusiyyətlərinə tədris prosesində geniş yer verildi. Hamil müəllimin qabaqcıl iş təcrübəsinə malik olmasını nəzərə alıb.rayonun zəif göstəricisi olan Viləş( əvəllki adı Kalinovka) kənd tam orta məktəbinə direktor göndərilməsi məsləhət bilindi. 7-il həmin məktəbdə direktor işləməklə özünün qabaqcıl təcrübəsindən istifadə edib .pedaqoji kollektivin iş üsulunu müsbətə doğru dəyişə bildi. Viləş kənd tam orta məktəbi artıq rayonun qabaqcıl təhsil müəssəsinə çevrildi. Məktəbdə bütün sahəlrdə səliqə-səhman yaratmaqla .metodbirləşməlrdə. məktəb pedaqoji şuralarında ayrı-ayrı fənnlərin tədrisi müzakirə olunaraq metodiki məsləhətlər verirdi. Rayon rəhbərliyinin məsləhəti ilə o. yenidən doğma kəndinə Qarğalıq kənd tam orta məktəbinə direktor vəzifəsinə qaytarıldı. Hal-hazırda məktəbin iş fəaliyyəti normal olmaqla müasir tələbə uyğun idarə olunur. Hamil müəllim kimi qabaqcıl pedaqoqlara.təcrübəli məktəbşunaslara təhsilimizin böyük ehtiyacı vardır. Bu şərəfli yolda Hamil müəllimə möhkəm cansağlığı .müqəddəs işində yeni-yeni uğurlar arzulayram.
Soltanağa Cəfərov
AJB-nin üzvü
“Qızıl Qələm” media mükafatı laureatı