Xilqət gəlişiylə sirli-soraqlı,
Agah etmək üçün nazildir Quran.
Əli dəstəmazlı, ağzı dualı,
Əzəldən əbədə yol gedir insan.
Ramazan müjdəsi müqəddəs dolu,
Qadirin qədərsiz, sonsuz sevgisi.
Bəndəyə bir bəyan ilahi yolu,
Quran ayəsiylə “Qədilr gecəsi”.
Alahın hökmüylə “Qədr gecəsi”
Mələklərin göydən enən günüdür.
Durula-durula ruh, düşüncəsi,
İnsan öz nəfsini yenən günüdür.
Qiblə yönələn gün Qüdsdən Məkkəyə
Şeypuru susdurdu azan sədası.
Bütləri görmədi rəva Kəbəyə,
“Allahu-Əkbər”lə Quran nidası.
Xilqət gəlişiylə sirli-soraqlı,
Agah etmək üçün nazildir Quran.
Əli dəstəmazlı, ağzı dualı,
Əzəldən əbədə yol gedir insan.
Tapdıq ƏLİBƏYLİ