Ağdaş rayon Pirəyi kəndindən torpaqlarımızın azad olunması uğrunda döyüşə yollanıb qəhrəmancasına şəhid olan Siyasət Akif oğlu Mustafayev Ağdaş rayonunun ilk şəhidlik zirvəsinə ucalan oldu. 1 iyun Uşaqların Müdafiəsi Günü ilə əlaqədar Pirəyi kənd məktəbinin direktoru Kəmalə Kərimovanın təşkilatçılığı ilə bir qrup şagirdlə kəndin girişində ucaldılan şəhid Siyasət Mustafayevin xatirə lövhəsinin qarşısına yığışaraq kiçik bir anımı qeyd etməklə sanki böyük bir auditoriyaya təntənəli bir tədbirin görüntüsünü göstərmiş oldu. Diqqətimizi xüsusi cəlb edən və qürur verən bir görüntü həmişəlik yaddaşımızda qaldı. Uşaqların içərisində ağsaçlı bir nur üzlü bir ananı gördük. Bəli, böyük Ananı, qəhrəman ananı, dözümlü ananı, vətənə ləyaqətli oğul böyüdən ananı, Siyasətin anasını gördük. Şəhid övladının qəhrəmanlığını öz qüruru ilə göstərən ana bir ifadə işlətdi, sanki ürəyimizi yaraladı. Çox sağ olun ki, yan keçmədiniz, bu ziyarətə siz də qoşuldunuz. Bu ifadəyə kövrəlməmək mümkün deyildi. Əlacımız olsaydı ananın qarşısında diz çökərdik. Əllərindən öpərdik. Ağsaçlı anamızın belə məğrur və qürurlu dayanması tək bir oğulunun ruhuna olan höörmətinə yox, bütün Azərbaycan şəhidlərinin ruhuna olan nümunəsi idi. Bağışla, Siyasət qardaşımız, nur içində yeri cənnət qardaşımız. Eşitdik bu yaxınlarda doğum günün qeyd olunub. Bağışla bir az gecikdik.
Nail Amin Zaman
“XezerTV.info”nun icraçı direktoru