Bu il 1 İyun çox əlamətdar oldu. Həm torpaqlarımız işğaldan azad oldu, həm də bununla bağlı məsuliyyətlərimiz artdı. Şəhidlərimizin övladları bizə əmanət oldu.
Onlara diqqət və qayğı göstərmək mənəvi cəhətdən borcumuzdur. Biz bu günü borcumuzu qismən də olsa, yerinə yetirmək istədik. ŞƏHİD Polkovnik Leytenant Ramiz Qasımovun ailəsini və üç gül balalarını ziyarət etdik. Onlarla bərabər yadda qalan gün keçirdik. Onların sevinci sevincimiz oldu. Təkcə 1 İyun yox, onlar üçün hər gün gözəl olmalıdır. Çünki buna layiqdirlər. Onların ataları bizim uğrumuzda, vətən uğrunda canından keçib. Onlar ataları şəhid olduqdan sonra ilk dəfə idi ki, gəzintiyə çıxırdılar. Qazancımız Onların sevinci və şirin təbəssümləri oldu.
Edaletyolu.az-a müsahibəsində bu fikirləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi" nin kiçik elmi işçisi Narınc Rüstəmova deyib.
Ədalətyolu.az