İlk gündən cənab prezident, Ali Baş Komandan İlham Əliyevin " Biz birlikdə güclüyük " aksiyasına qoşulan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi öz ənənəsinə sadiq qalaraq, xidmətləri ilə vətəndaş cəmiyyətinə töhvələr verməkdə davam edir.
Edaletyolu.az xəbər verir ki, Birliyin Binəqədi rayon nümayəndəliyinin sədri
Yasəmən Qəyyumlunun təşkilatçılığı və təşkilatın rəhbərliyinin maddi dəstəyi ilə
06.04.2021 tarixində Binəqədi rayon ərazisində yaşayan dörd ağır yaralı qazilərə yüksək səviyyədə təşkil olunmuş ərzaq sovqatları çatdırıldı.
Qazilər dövlətdən, prezidentdən və xalqdan razı olduqlarını bildirdilər.
Güc birlikdədir!