Qüdrətli Azərbaycan iqtisaddiyyatı durmadan inkişaf edir. Bu inkişafın da əsasını Azərnbaycan rəhbərliyinin başda Prezident İ. Əliyev olmaqla yürütdüyü uğurlu iqtisadi siyasətidir. Məhz bu uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə yaşayan vətəndaşların aldıqları əmək haqqı mərhələli şəkildə artır, pensiya və müxtəlif müavinətlər vaxtaşırı artırılır, insanların maddi rifahı tədricən yaxşılaşır. Azərbaycanda iqtisadiyyatın belə yüksək xətlə inkişafı ölkəmizdə aparılan müasir iqtisadi islahatların ardıcıl aparılmasının məntiqi nəticəsidir. Belə islahatların uğurlu nəticəsidir ki, dünyanın inkişaf etmiş bütün ölkələri hazırda Azərbaycanı qabaqcıl islahatçı bir ölkə kimi tanıyır və böyük maraqla bizim iqtisadiyyatımıza sərmayə qoymağa, daha sıx iqtisadi əlaqələr qurmağa can atırlar. Dünyanın ən məhşur iqtisadi forumu olan Davos forumunun tətbiq etdiyi reytinq cədvəlində Azərbaycan iqtisadi inkişaf və islahatların keçirilməsinə görə 35- ci yerdə qərarlaşmışdır. Prezident İ. Əliyev hər il bu məşhur iqtisadi forumda iştirak edir və ölkə iqtisadiyatımızın daha da hərtərəfli inkişafı üçün dünyanın ən böyük biznes sahibləri və ən iri şirkət rəhbərləri ilə müqavilələr bağlayır. Hazırda Azərbaycan iqtisadiyyatının ən mühüm xüsüsiyyətlərindən biridə qeyri neft sektorunu inkişaf etdirməkdir. Son dövrlərdə bu sahədə də mühüm uğurlar əldə edilmişdi. Azərbaycan iqtisadiyyatı hazırda dünya iqtisadiyyatına tam inteqrasiya etmiş və onun ən mühüm tərkib hissəsinə çevrilmişdir. Xüsüsilə Bir kəmər bir yol lahiyəsini dəstəkləməsi, qərb və şərq dəhizinin inkşaf etdirməsi üçün təşəbbüs göstərməsi, cənub qaz dəhlizi layihəsinin reallaşdırmağa çalışması və s. bunu bir daha sübüt edir. Azərbaycan İqtisadiyyatı nəinki regionun hətta dünyanın ən inkşaf etmiş iqtisadiyyatına malik olan bir ölkəyə çevrilmişdir. Yalnız belə bir güclü iqtisadiyyata malik olmağımız Qarabağda uğurlu hərbi siyasiyətimizin həyata keçrilməsini təmin etdi. 44 gün davam Vətən müharibəsidə Ermənistan ordusu tamamilə məhv edildi.
Şahmar Əmirov
Sığdaş kənd tam orta məktəbinin direktoru