• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Tarix : 15-12-2017, 08:32 Oxunub : 556 Bölmə :gundem / siyaset / ust / manset
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb























Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ulusəs AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirdi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğuladı və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd etdi. BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva ölkəmizdə bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu il “Azəri-Çıraq-Günəşli” layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. “Şahdəniz-2” layihəsində BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin başa çatacağını deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən Mehriban Əliyeva diqqətə çatdırdı ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə etdi.

Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd etdi, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirdi.

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğuladı. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyən Mehriban Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirdi.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışdı, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Mehriban Əliyeva ordenlə təltif olunub

    Mehriban Əliyeva ordenlə təltif olunub ...

    16-12-2017, 19:34

  • Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət ...

    15-12-2017, 08:34

  • Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva ...

    13-12-2017, 08:40

  • Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının ...

    12-12-2017, 09:12

  • Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib  Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib

    Maştağa Mədəniyyət Mərkəzinin yeni binası ...

    7-12-2017, 08:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

  • Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

    Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

  • Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

    Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

  • Tokioda Harri Potter parkı açılacaq

    Tokioda Harri Potter parkı açılacaq

  • Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

    Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

  • Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

    Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

  • Məşhur aktyor ilk dəfə ata olacaq

    Məşhur aktyor ilk dəfə ata olacaq

  • Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

    Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

  • Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

    Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    © Copyright 2019, Bütün hüquqlar qorunur!