Bu gündən etibarən iri ticarət obyektlərinin fəaliyyəti bərpa edilib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarı ilə bu gündən etibarən ibadət yerləri, idman zalları, iri ticarət obyektləri yenidən fəaliyyətə başlayıb.
Əməkdaşımız bu gün paytaxtın iri ticarət mərkəzlərindən biri olan - “28 Mall” ticarət mərkəzində olub. Təhlükəsizlik qaydalarına müvafiq olaraq girişdə insanların çantaları yoxlanır.
Ticarət mərkəzində çalışan əməkdaşlar vətəndaşların mövcud karantin qaydalarına riayət etməsinə diqqət edir. Belə ki, içəri maskasız daxil olmaq qadağandır.
İlk gün olmasına baxmayaraq, ticarət mərkəzinə üz tutan insanların sayı kifayət qədər az olub.
Pandemiya dövründə fəaliyyətini yenidən bərpa edən “28 Mall” Ticarət Mərkəzinin ilk günü Oxu.Az-ın fotoqrafının gözü ilə: