Bu gün hamımızın sevimlisi, dostluğa sadiq insan, gözəl ailə başçısı, ağsaqqalımız “UlusesTV.az” Redaksiyasının rəhbəri Şamil Cəfərovun sevimli nəvəsi Emil balanın “Əlifba” bayramı keçirilir. Emil bala Bakı şəhəri Binəqədi rayonu 182 saylı tam orta məktəbin şagirdidir. “Əlifba” bayramı münasibətilə 182 saylı məktəbin bütün 1-cilərini səmimi qəlbdən təbrik edirik, qoy həmişə hər yerdə 1-ci yerlərin qalibi olsunlar. Uğur, qalibiyyət və zəfər sizinlə olsun əziz şagirdlərimiz. Şagirdlərin təhsilində fədakar əməyi olan müəllimlərə təşəkkürümüzü bildiririk.
Onu da qeyd etmək istəyirəm ki, Emil bala məktəbin 1-ci sinif şagirdləri içərisində ən fəal və əlaçı şagirdidir. Keçirilən müsabiqələrin qalibidir.
Əzizimiz Emil bala sənə təhsil sahəsində həmişə uğur qazanmağı arzu edirik.
Fərid Faiqoğlu
AJB-nin üzvü