"Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldı."
Rəcəb Tayyib Ərdoğan
"Əsgər duası" nın sözündə kəsər:
"Minarələr süngü, qübbələr miğfər"!
Ucaldı haqq səsi: Allahu Əkbər!..
Müzəffər millətə əsgər Ərdoğan!
Zəfər dalğalıdır hürr bayrağımız,
Atilla...Atatürk Türk sorağımız,
Əzəldən çatılıb gur ocağımız,
Ulu məmləkətə öndər Ərdoğan!
Ədalət düşübsə necə düyünə,
Şər xeyir donunu geyib əyninə.
Dünya zor dilində danışır yenə...
Zalımın zülmünə sipər Ərdoğan!
Müdrik kəlamıdır hər danışığı,
Dürüstlük, mərdliyi soy yaraşığı.
Türkün qayəsində Tanrı işığı,
Ziyasın ellərə səpir Ərdoğan!
Zülmətə, zillətə nur olan qüdrət,
Amalı, əməli dürr olan heyrət,
Yağılar bağrında qor olan qeyrət,
Xilqət-xislətində bir Ər Ərdoğan!
✍️ Tapdıq ƏLİBƏYLİ