Edaletyolu.az xəbərverir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu və idarə heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Əsəd Əsədlinin Mövludunda iştirak etdi.
Tədbir olduqca ağır yüklü və əzəmətli idi. Tədbirə tanınmış din xadimləri Hacı Surxay, Hacı Şahin, Hacı Ramin, Hacı Elşən Xəzər, millət vəkili Könül Nurullayeva, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, Əsədin institut müəllimləri, media nümayəndələri, dini musiqilərin ifaçıları, şairlər və yaxın dostları qatılmışdı.
Şəhid anası Səidə xanımın vağzalı sədaları altında oğlunun şəkli ilə bərabər məclisə daxil olması hər kəsi göz yaşına bürüdü. Əsəd onun ilk övladı idi.
Allah bütün şəhid analarına səbr versin.