Bu münasibətlə gözəl balamizi atası Orxan, anası Tahirə, nənələri, babaları, xalası Nərminə, dayısı Aslan və butun yaxınları, doğmaları ürəkdən təbrik edirlər. Ayxan bala, həyatın göy qurşağı kimi rəngarəng, su kimi şəffaf, nağıllar kimi maraqlı olsun. O gözəl cohrənnən təbəssüm heç vaxt əskik olmasın. Sağlam, xoşbəxt, gözəlliklərlə dolu illər nəsibin olsun. Valideynlərinə layiq, imanlı övlad, bütün yaxınlarına, əzizlərinə fəxr ediləsi, nümunəvi balalardan olasan. Gələcəyin parlaq, həyat yolların işıqlı olsun. Atalı-analı boyu boya-basa çat. Yollarında güllər bitsin qaynaqlar. Sevinc olsun həyatında, toy-busat, Ayxan bala, ad günün mübarək olsun. Fərəhli, şad günün mübarək olsun. Bu təbrikə xüsusi olaraq səni çox sevən Nisə xanım da qoşulur.
Rzayeva Nisə Rafiq qızı
“Ulusestv.az” xəbər portalının
Şöbə müdiri